» » "Qəbələ" üç futbolçu ilə yolları ayırdı

"Qəbələ" üç futbolçu ilə yolları ayırdı

"Qəbələ” üç futbolçu - Vitali Vernidub, Ruslan Qurbanov və Famussa Kone ilə yollarını ayırıb.  Futbolçuların 2017-18-ci illər mövsümünün ardından başa çatan müqavilələrinin uzadılmamasına qərar verilib.
 
2015-2016-cı illər mövsümündən öncə "qırmızı-qaralar”a qoşulan Vernidub onun heyətində 78 oyun keçirib. 3 qol vuran ukraynalı müdafiəçi Premyer Liqada 45, UEFA Avropa Liqasında 26, Azərbaycan kubokunda 7 oyuna çıxıb. O, Premyer Liqada 2, avrokuboklarda 1 dəfə fərqlənib. Arxa xətt oyunçusu "Qəbələ” ilə Premyer Liqanın iki gümüş və bir bürünc mükafatını qazanıb, iki dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib və iki dəfə ölkə kubokunun finalçısı olub.
 
2016-cı ilin yayından "qırmızı-qara” forma geyinən Qurbanov orada ümumilikdə 59 oyun keçirib, 11 qol vurub. Yarımmüdafiəçi çempionatda 45 (6 qol), kubokda 8 (3 qol), avrokuboklarda 6 (2 qol) oyuna çıxıb. Ruslan Premyer Liqada iki gümüş medal əldə edib, 2 dəfə kubokun finalına yüksəlib və UEFA Avropa Liqasının qrup mərhələsinin iştirakçısı olub.
 
Ötən yaydan "Qəbələ”də çıxış edən Kone 33 matçda 7 qol vurub. Malili hücumçu çempionatda 23 oyunda 6 dəfə fərqlənibsə, kubokda 6 matça 1 qol vurub, avrokubokda isə 4 görüşə çıxıb. Kone komanda ilə Premyer Liqanın gümüş medalını əldə edib və kubokun finalçısı olub.
 
"Qəbələ” İdman Klubu Vitali Vernidub, Ruslan Qurbanov və Famussa Koneyə "qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.
333     
Reklam

Reklam