» » ŞOK! Zidan "Real"dan istefa verdi

ŞOK! Zidan "Real"dan istefa verdi

ŞOK! Zidan "Real"dan istefa verdi"Real”ın baş məşqçisi Zinəddin Zidan bu gün vəzifəsindən istefa verib. O, bununla bağlı qərarını bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb. Fransalı mütəxəssis vəzifəsindən könüllü şəkildə ayrıldığını söyləyib.

Qeyd edək ki, mətbuat konfransının keçiriləcəyi əvvəlcədən nəzərdə tutulmayıb və bu gün qəfil elan olunub.
Xatırladaq ki, Zidan "Real”a 2016-cı ilin yanvarında baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda üç dəfə Çempionlar Liqası, iki dəfə klublararası dünya çempionatı, bir dəfə İspaniya çempionu, bir dəfə İspaniya superkubokunun qalibi olub.
478     
Reklam

Reklam