» » Salah mundialda ilk oyunu buraxmalı olacaq

Salah mundialda ilk oyunu buraxmalı olacaq

Çempionlar Liqasının finalında "Real"ın müdafiəçisi Serxio Ramosun zədələdiyi "Liverpul"un oyunçusu Məhəmməd Salah Misir millisinin heyətində dünya çempionatına qatıla biləcək.

25 yaşlı yarımmüdafiəçi mundialda Uruqvayla iyunun 15-də keçiriləcək ilk oyunu buraxmalı olacaq. Salahın qrup mərhələsinin ikinci turunda Rusiya ilı görüşdə oynamaq ehtimalı var.

Qeyd edək ki, Misir dünya çempionatında Rusiya, Uruqvay və Səudiyyə Ərəbistanı ilə birgə A qrupunda mübarizə aparacaq.

298     
Reklam

Reklam