» » Millimiz Qırğızıstanla üz-üzə

Millimiz Qırğızıstanla üz-üzə

Bu gün Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünə çıxır. Qurban Qurbanovun çalışdırdığı millimiz Bakı Olimpiya Stadionunda Qırğızıstan yığması ilə üz-üzə gələcək.

Bu, komandamızın Qurbanovun rəhbərliyi altında dördüncü yoldaşlıq görüşüdü. Türkiyədə Moldova (0:0) və Makedoniya ilə (1:1) heç-heçəyə razılaşan komandamız Bakıda Belarusa uduzub - 0:1. Bu üzdən Qurbanov millidə ilk qələbəsini qırğızlarla görüşdə rəsmiləşdirə bilər.

Yoldaşlıq oyunu

29 may

20:00. Azərbaycan - Qırğızıstan

Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy (hamısı Türkiyə).

Bakı Olimpiya Stadionu.

33     
Reklam

Reklam