Azərbaycan kuboku: Finalda heyətlər müəyyənləşdi » Premyer.Az
» » Azərbaycan kuboku: Finalda heyətlər müəyyənləşdi

Azərbaycan kuboku: Finalda heyətlər müəyyənləşdi

Bu gün Azərbaycan futbolunda 2017/18 mövsümünə yekun vurulacaq. Premyer.az xəbər verir ki, mövsümün son qarşılaşması Azərbaycan kubokunun finalı olacaq.

Respublika gününə, 100 illik yubileyə təsadüf edən matç Qəbələ şəhər stadionunda baş tutacaq. Bu arena 2-ci dəfə finala ev sahibliyi edəcək. Nominal meydan sahibi olacaq "Keşlə" "Qəbələ" ilə üz-üzə gələcək.

İndiyədək komandalardan heç biri kubok qazanmadığından mükafat yeni sahibini tanıyacaq.

Qarşılaşma Azərbaycanın Avropa Liqasındakı sonuncu rəqibinin adını müəyyənləşdirəcək. "Qəbələ" artıq avrokuboklara vəsiqəni təmin edib. Qriqorçukun komandası qalib gəlsə, "Keşlə”nin Avropa Liqasına yolunu bağlayacaq. Belə olan halda qitənin ikinci dərəcəli klub turnirindəki son təmsilçimiz "Zirə” olacaq.

Azərbaycan Kuboku

Final

28 may (bazar ertəsi)

20:00. "Keşlə” – "Qəbələ”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev

AFFA Nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu

"Keşlə”: 1. Kamran Ağayev (q) (k), 2. Sərtan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 40. Nemanya Stoyanoviç, 90. Ebrima Sohna

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 9. Pərdis Fərcan-Azad, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 66. Murad Qayalı, 58. Sinan Akkoyun, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev, 16. Şahin Zəkiyev

Məşqçi: Sergey Revit

 

"Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 18. İlqar Qurbanov, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 45. Famussa Kone

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 6. Elvin Məmmədov, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 74. Yusif Nəbiyev

Baş məşqçi: Roman Qriqorçuk

53     
Reklam

Reklam