» » Ölkə kubokunun finalında bir ilk reallaşacaq

Ölkə kubokunun finalında bir ilk reallaşacaq

2017-18 mövsümündə Azərbaycan kubokunu qazanacaq komanda ilkə imza atacaq. Belə ki, finalda qarşılaşacaq "Keşlə" və "Qəbələ" indiyədək mükafata yiyələnməyib. Qalib gələcək komanda yarışın tarixinə kuboku qazanan 8-ci komanda kimi düşəcək. 1992-ci ildən keçirilən, bir dəfə yarımçıq qalıb, bir dəfə baş tutmayan turnirin əvvəlki 24 finalında 7 klub qalib adına yiyələnib. "Neftçi" və "Qarabağ" hamıdan çox-hərəyə 6, "Kəpəz" 4, "Bakı" və "Xəzər Lənkəran" hərəyə 3, "Inşaatçı" B və "Şəfa" isə 1 dəfə kubokun sahibi olub.
203     
Reklam

Reklam