» » «Respublika günü» turniri: Yarımfinalçılar məlum oldu

«Respublika günü» turniri: Yarımfinalçılar məlum oldu

Mayın 27-də «Vətən» RİOEUG Futbol Məktəbinin təşkilatçılığı, AFFA-nın dəstəyi və «Het-trik news» qəzetinin informasiya dəstəyi ilə 2003-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş futbol turnirində qrup mərhələsinin oyunları başa çatdı. 
Son turda qələbə qazanan komandaların hamısı adlarını yarımfinala yazdırdılar.

«A» qrupu:
«Neftçi» - «Neftçi» İK İB 1:0
Qol: Ağadadaş Salyanski, 40.
«Vətən» - «Qarabağ» 2:0
Qollar: Şahin Kərimli, 47; Elvin Abdullayev, 51.

Bu qrupda 1-ci və 2-ci turda qeydə alınan nəticələr:
«Qarabağ» - «Neftçi» 0:3, «Vətən» - «Neftçi» İK İB 0:0, «Qarabağ» - «Neftçi» İK İB 2:0, «Vətən» - «Neftçi» 3:3.

1. «Neftçi»32107-37
2. «Vətən»31205-35
3. «Qarabağ»31022-53
4. «Neftçi» İK İB30120-31

«B» qrupu:
«Sumqayıt» - «Səbail» 2:4
Qollar: Alı Alı, 27; Tural Haqverdiyev, 31 – Vəlihəd Səmədov, 1; Rauf Ağasənov, 3, 57; Arif Məmmədov, 51.
«Zirə» - «Keşlə» 0:1
Qol: Vaqif Həsənov, 58.

Bu qrupda 1-ci və 2-ci turda qeydə alınan nəticələr:
«Zirə» - «Sumqayıt» 3:1, «Keşlə» - «Səbail» 1:1, «Zirə» - «Səbail» 0:0, «Keşlə» - «Sumqayıt» 0:2.

1. «Səbail»31205-35
2. «Keşlə»31112-34
3. «Zirə»31113-24
4. «Sumqayıt»31025-73

Yarımfinalda «Neftçi» «Keşlə» ilə, «Səbail» isə «Vətən»lə qarşılaşacaq. Bu mərhələnin oyunları mayın 29-da «İnter Arena»nın əsas meydanına təyin olunub. «Səbail» - «Vətən» matçı saat 16:00-da, «Neftçi» - «Keşlə» oyunu isə 18:00-da başlayacaq.

Turnirin finalı və 3-cü yer uğrunda oyun isə mayın 31-də «Bayıl Arena»da keçiriləcək.

Het-trik news» qəzeti
131     
Reklam

Reklam