» » PFL üçün bayraq yelləyən hakimlər

PFL üçün bayraq yelləyən hakimlər

Məlum olduğu kimi, bu gün ölkə kubokunun final qarşılaşması keçiriləcək. Qəbələ Şəhər Stadionunda baş tutacaq qarşılaşmada "Keşlə" və "Qəbələ" komandaları üz-üzə gələcək. Peşəkar Futbol Liqası Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə təsadüf edən qarşılaşmanın təmtəraqlı keçməsi üçün hətta xaricdən müğənni də dəvət edib. Bütün bunlar alqışlanası haldır. Amma son 10 gündür diqqətimizi çəkən başqa bir məqam var. Bayıl Arena Stadionuna yolu düşənlər gənc futbol hakimlərini tez-tez görərlər. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, həmin hakimlər bu gün baş tutacaq oyunda stadionda əllərində bayraq tutub, şounun bir parçası olacaq. Bəli, bayraq tutmaq, onu dalğalandırmaq, ucaltmaq hər birimizin vətəndaşlıq borcudur. Bayraq atributumuz kimi daim uca olmalıdır. Amma bu işi gənc hakimlərə, özüdə bir çoxu divizon və əvəzedicilərin çempionatında əsas söz sahibi olan 60 nəfərə,üstəlik premyer liqaya 4-cü kimi təyinat alan hakimlərə  etdirilirsə, o zaman işlər dəyişir. PFL, Hakimlər Komitəsi hakimləri belə bir şouya cəlb etməkdə nə məqsəd güdür axı? Ölkəmizdə Avropa Oyunları, Islam Həmrəylik Oyunları, Formula-1 kimi mötəbər yarışlarda fəaliyyət göstərən yetərincə könüllü var. Az qala kimə salam versən, könüllü çıxır. Bu gənclər var ikən, meydanda əsas söz sahibi olan hakimlər niyə? Bu gün onsuz da azarkeş, futbolçu, klublar hakimlərin işinə hər hansı formada etirazını bildirir. Indi siz, onların həmin hakimləri meydanda bayraq yelləyən kimi görüb, elə sənin ən yaxşı bacardığın budur deməsi üçün bütün şəraiti yaratmısınız. Niyətiniz saf olsa da...
271     
Reklam

Reklam