» » Azərbaycan kubokunda final oyunu: "Keşlə", yoxsa "Qəbələ"?

Azərbaycan kubokunda final oyunu: "Keşlə", yoxsa "Qəbələ"?

Bu gün Azərbaycan futbolunda 2017/18 mövsümünə yekun vurulacaq. Premyer.az xəbər verir ki, mövsümün son qarşılaşması Azərbaycan kubokunun finalı olacaq.

Respublika gününə, 100 illik yubileyə təsadüf edən matç Qəbələ şəhər stadionunda baş tutacaq. Bu arena 2-ci dəfə finala ev sahibliyi edəcək. Nominal meydan sahibi olacaq "Keşlə" "Qəbələ" ilə üz-üzə gələcək.

İndiyədək komandalardan heç biri kubok qazanmadığından mükafat yeni sahibini tanıyacaq.

Qarşılaşma Azərbaycanın Avropa Liqasındakı sonuncu rəqibinin adını müəyyənləşdirəcək. "Qəbələ" artıq avrokuboklara vəsiqəni təmin edib. Qriqorçukun komandası qalib gəlsə, "Keşlə”nin Avropa Liqasına yolunu bağlayacaq. Belə olan halda qitənin ikinci dərəcəli klub turnirindəki son təmsilçimiz "Zirə” olacaq.

Azərbaycan Kuboku

Final

28 may (bazar ertəsi)

20:00. "Keşlə” – "Qəbələ”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev

AFFA Nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu

40     
Reklam

Reklam