» » "Zirə" iki legioneri göndərdi

"Zirə" iki legioneri göndərdi

"Zirə” iki legionerlə vidalaşıb. Qəsəbə klubu xorvatiyalı mərkəz müdafiəçisi Yovan Krneta və makedoniyalı sol cinah müdafiəçisi Yani Urdinovu yollarını ayırıb.
 
26 yaşlı Krneta "Zirə" Topaz Premyer Liqasında çıxış edəndən - 2015-ci ildən onun şərəfini qoruyurdu. O, son dövrədə aldığı zədə üzündən mövsümü erkən başa vurmalı olub. 27 yaşlı Urdinov isə qış fasiləsində Çexiyanın "Bohemians" klubundan cari mövsünün sonunadək icarəyə götürülmüşdü. Anlaşması bitən hər iki əcnəbi müdafiəçiylə müqavilələr uzadılmayıb (sport24.az).
29     
Reklam

Reklam