» » Çempionlar Liqasının qalibi - "Real"!

Çempionlar Liqasının qalibi - "Real"!

Çempionlar Liqasında (ÇL) 2017/18 mövsümünün final oyunu keçirilib. Kiyevdəki Olimpiya stadionunda baş tutan həlledici qarşılaşmada "Real”la "Liverpul” üz-üzə gəlib.

Ardıcıl iki il Avropanın ən güclüsü olan "kral klubu" bu dəfə də rəqibinə şans verməyib. Matçın ilk hissəsində hesab açılmayıb. İkinci hissədə Benzema fərqlənib. Bundan 5 dəqiqə sonra Mane hesabda tarazlıq yaradıb.

"Real"ın baş məşqçisi Zidanın etdiyi dəyişiklik isə matça damğasını vurub. Sonradan oyuna daxil olan Beyl iki qol vuraraq komandasına qələbə qazandırıb. 

24     
Reklam

Reklam