» » "Neftçi"nin baş məşqçisi dənizdə saman çöpündən yapışıb

"Neftçi"nin baş məşqçisi dənizdə saman çöpündən yapışıb

Son günlər Tərlan Əhmədovun Neftçidəki taleyi barədə müxtəlif informasiyalar yayılmaqdadır. Müqaviləsi bitən mütəxəssisin Avroliqaya vəsiqə qazanması onun komandada qalma şanslarını artırsa da, əsl reallıq başqadır. Premyer.az saytının əldə etdiyi məlumata görə, Neftçiyə yeni gələn rəhbərliklə Tərlan Əhmədov arasında əsl uçurum yaranıb. Klubda üz-üzə gələndə onunla salamlaşmırlar belə.  Medalların təqdimat mərasimində onun Ceyhun Sultanov və Çingiz Abdullayevlə salamlaşmaması bu gərginliyin pik səviyyədə olmasından xəbər verir.  Dİgər bir tərəfdən Neftçinin pezidenti Kamran Quliyevin sosial şəbəkədəki səsvermədə Tərlan Əhmədova getsin deməyi bardaqdakı son damla idi. Müqaviləsi bitən Tərlan Əhmədov isə onu istəməyənlərlə işləmək həvəsindədir. Düşünün, bir rəhbərlik sizə bütün mümkün variantlarda "yaxşı yol” deyir, siz isə üzünüzə üz bağlayıb, həmin yerdə qalırsınız. Yəni, qovurlar, o isə getmir.  Müqaviləsi bitib, yeni müqavilə təklif olunmur. Hara çevirirsən, çevir. Nəticə dəyişmir...  Amma Tərlan Əhmədov da az bilmir. Hələki Neftçinin sponsoru baş məşqçi ilə bağlı konkret qərarını açıqlamadığı üçün, o da yapışıb SOCAR-ın ətəyindən. Yəni, hələki onu saqqız kimi dartıb uzadırlar...İncəldiyi yerdən qopana qədər....
93     
Reklam

Reklam