» » "Qaradağ Lökbatan" dağılmaq təhlükəsində

"Qaradağ Lökbatan" dağılmaq təhlükəsində

"Qaradağ Lökbatan" dağılmaq təhlükəsindəAzərbaycanda daha bir futbol klubu fəaliyyətini dayandıra bilər. Premyer.az saytı Futbol11.az-a istinadən xəbər verir ki, bu, son mövsüm birinci divizionda ikinci pillənin sahibi olan "Qaradağ Lökbatan”  klubudur.

Əldə etdiyimiz məlumata görə, klubun fəaliyyətini dayandırmaq ehtimalı maliyyə məsələləri ilə bağlıdır. Sadıq Sadıqovun rəhbəri olduğu "Nefçi İK”nın tərkibində fəaliyyət göstərən kluba maliyyə vəsaiti ayrılmaya bilər.
Belə ki, klub rəhbərliyi Premyer Liqaya yüksəlmək şansı olmayan kollektivə pul ayırmaq niyyətində deyil. Rəhbərlik artıq xərclərə qənaət etmək üçün belə bir addım atmaq niyyətindədir.
Qeyd edək ki, "Neftçi” İdman Klubunun balansında faəliyyət göstərən "Neftçi” futzal klubu ötən gün eyni səbəbə görə dağılıb. 
69     
Reklam

Reklam