» » Yunis Hüseynov istefa verdi

Yunis Hüseynov istefa verdi

Yunis Hüseynov istefa verdiYunis Hüseynovun Premyer Liqanı tərk edəcəyi dəqiqləşən "Kəpəz” klubundakı taleyinə aydınlıq gəlib. Təcrübəli mütəxəssis Gəncə klubundan ayrılmağa qərar verib. 

Əldə etdiyimiz məlumata görə, Hüseynov klub rəhbərliyinə qərarını açıqlayıb. O, divizionda işləmək istəmədiyini klub rəhbərliyinin diqqətinə çatdırıb.

Qeyd edək ki, Yunis Hüseynov başa çatan mövsümün qış fasiləsinə iki tur qalmış "Kəpəz”in baş məşqçisi təyin olunub. O, bu postda təcrübəli Şahin Diniyevi əvəzləyib.

471     
Reklam

Reklam