» » "Səbail"dən daha iki futbolçu göndərildi

"Səbail"dən daha iki futbolçu göndərildi

"Səbail" daha 2 futbolçu ilə yollarını ayırıb. Topaz Premyer Liqasında debüt mövsümünü keçirmiş komanda müqavilələrinin başa çatması ilə əlaqədar olaraq hücumçu Vüqar Nadirov və müdafiəçi Ruslan Əmircanov klubu tərk etməli olduğunu rəsmən açıqlayıb. Paytaxt təmsilçisi müqaviləsini uzatmadığı təcrübəli futbolçulara gələcək karyeralarında uğurlar arzulayır.

 

Xatırladaq ki, müqavilələrinin başa çatması ilə əlaqədar olaraq 6 futbolçu - Elman Taqayev, Ayrton Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vahit Orazsahedov, Nurlan Novruzov "Səbail"i tərk etməli olublar. Həmçinin qarşılıqlı razılıq əsasında Raul Yaqubzadə və Kərim Diniyevlə də müqaviləyə xitam verilib. Bu klubda icarə əsasında çıxış edən legionerlər - uqandalı Faruk Miya və moldovalı Yevgeni Koçuk da paytaxt təmsilçisini tərk etmişdi.

40     
Reklam

Reklam