» » Çempionlar Liqasında FİNAL günü: "Real" - "Liverpul"

Çempionlar Liqasında FİNAL günü: "Real" - "Liverpul"

Çempionlar Liqasında FİNAL günü: "Real" - "Liverpul"Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün final oyunu keçiriləcək. Premyer.az xəbər verir ki, Kiyevdəki Olimpiya stadionunda baş tutacaq həlledici qarşılaşmada "Real”la "Liverpul” üz-üzə gələcək. 12 dəfə turniri zirvədə tamamlayaraq mütləq rekordçu olan "Real” ardıcıl 3-cü dəfə evə kubokla dönmək niyyətindədisə, ÇL-in beşqat qalibi "Liverpul” möhtəşəm hücum "trio”sunun sayəsində 13 illik həsrətə son qoymağı hədəfləyir. Rəqibindən fərqli, "Real” Ukraynaya tam heyətlə yollanıb. Bütün futbolçuların yaxşı formada olması Zidanı çətin seçim qarşısında qoyub. "Liverpul”da isə zədəsini sağaldan Əmrə Can görüşün iştirak ərizəsinə salınıb. Əvəzində müdafiəçilər Joel Matip, Co Qomes və yarımmüdafiəçi Aleks Oksleyd-Çamberlayn zədə ucbatından meydana çıxa bilməyəcək.  Qeyd edək ki, hazırda Çempionlar Liqasının bombadirlər yarışına 15 qolla "Real"dan Kriştiano Ronaldo başçılıq edir. Növbəti 3 pilləni "Liverpul"un ulduzları tutur. Belə ki, misirli Məhəmməd Salah və braziliyalı Roberto Firmino 10, seneqallı Sadio Mane 9 qol vurub.

Çempionlar Liqası
2017/18 mövsümü
Final


26 may
22.45 Real (İspaniya) - Liverpul (İngiltərə)

Hakimlər: Milorad Maziç, Milovan Ristiç, Dalibor Curceviç (Serbiya), Klement Turpin (Fransa).
Əlavə köməkçi hakimlər: Nenad Cokiç, Danilo Qruyiç (Serbiya).
Kiyev. Olimpiya stadionu.
428     
Reklam

Reklam