» » Vüqar Nadirov və Nurlan Novruzov "Səbail"dən göndərildi

Vüqar Nadirov və Nurlan Novruzov "Səbail"dən göndərildi

Azərbaycan milli komandasının sabiq üzvü Vüqar Nadirovun "Səbail” karyerası qısamüddətli olub. Premyer.az saytının məlumatına görə, "Qarabağ”ın sabiq üzvü Nadirov bu klubda cəmi 1 mövsüm oynayıb. Belə ki, Aftandil Hacıyevin gəlişindən sonra Vüqar Nadirovla yollar ayrılıb. Onunla yeni sözləşmə imzalanmayacaq. 

Vüqar Nadirovdan başqa daha bir yerli oyunçu ilə əməkdaşlığa son qoyulub. Söhbət milli çempionatımızın bombardirlərindən olan Nurlan Novruzovdan gedir. Nurlan da "Səbail”in gələn mövsüm üçün nəzərdə tutulan heyətində yer almayacaq.

33     
Reklam

Reklam