» » Müşviq Qənbərov "Neftçi"də UEFA üçün tər tökəcək

Müşviq Qənbərov "Neftçi"də UEFA üçün tər tökəcək

Müşviq Qənbərov "Neftçi"də UEFA üçün tər tökəcəkYeni mövsümdə akademiyada köklü dəyişikliklər edəcək "Neftçi" komandasında yavaş-yavaş məqçilərin adına aydınlıq gəlməyə çalışılır. Hal-hazırda "Neftçi"nin 17 yaşlılarının baş məşqçisi olan Müşviq Qənbərovun komandada işinə davam edəcəyi barədə məlumat vermişdik. Premyer.az xəbər verir ki, mütəxəssisin işi indi daha çətin olacaq. Çünki o, "Neftçi"nin 19 yaşlılarından ibarət komandasının baş məşqçisi olacaq. Bu da o deməkdir ki, klub rəhbərliyi bu yaş qrupundan UEFA Gənclər Liqasında iştirak tələb edir. Qeyd edək ki, hal-hazırda 19 yaşlılardan ibarət komandanın baş məqçisi Bəhram Şahquliyevdir. Onun müqaviləsi may ayının sonu başa çatır və müqavilə uzadılmayacaq.
179     
Reklam

Reklam