» » Çempionu müəyyənləşdirəcək oyun İnqilab Məmmədova tapşırıldı

Çempionu müəyyənləşdirəcək oyun İnqilab Məmmədova tapşırıldı

Mayın 3-də Gənclər Liqasında 2017-2018 mövsümünə yekun vurulacaq.

Premyer.az xəbər verir ki, son turun əsas oyunu "Qəbələ" və "Qarabağ" komandaları arasında keçiriləcək. Kapital Arenada keçiləcək qarşılaşma saat 19.00-da baçlayacaq. Bu oyunda çempionun adına aydınlıq gələcək. Qalib olan komanda ölkəmizi UEFA Gənclər Liqasında təmsil etmək hüququ qazanacaq. Çempion olmaq üçün "Qəbələ"yə heç-heçə də sərf edir. Rəşad Sadıqovun komandasının isə qələbə qazanmaqdan başqa şansı yoxdur. Turun və çempionatın əsas oyununu Inqilab Məmmədov idarə edəcək. Ona Akif Əmireli və Zeynal Zeynalov köməklik göstərəcək. Matçda  4-cü hakim funksiyasını Ziya Nəsirov yerinə yetirəcək.
Mayın 2-də keçiriləcək  "Səbail"-"Neftçi IK IB" görüşünü Xəlil Xəlilov, "Sumqayıt"-"Neftçi" qarşılaşmasını Nahid Xasıyev, "Kəpəz"-"Zirə" oyununu isə Elçin Abdullayev idarə edəcək.
290     
Reklam

Reklam