» » Füzuli Məmmədovun komandası çətin Gəncə səfərindən qələbə ilə qayıdır

Füzuli Məmmədovun komandası çətin Gəncə səfərindən qələbə ilə qayıdır

Füzuli Məmmədovun komandası çətin Gəncə səfərindən qələbə ilə qayıdırBu gün Bakcell U-17 liqasında 29-cu turun oyunları keçirilib. Premyer.az xəbər verir ki, səfərdə Gəncənin "Kəpəz" komandası ilə qarşılaşan "Səbail" rəqibindən üstün olub. Füzuli Məmmədovun komandası son dəqiqələrdə Xəlil Bəşirovun vurduğu qolla 3 xal qazanıb. "Qəbələ"nin çempionluğu rəsmiləşdirdiyi bu turdan sonra əsas yarış "Neftçi" və "Səbail" arasındadır. Hal-hazırda aktivində 61 xalı olan "Neftçi" turnir cədvəlində 2-ci, "Səbail" isə 58 xalla 3-cüdür. Bu tur məğlub olan "Qarabağ" ilk üçlükdən uzaq düşüb. Nəticələrlə tanış olun:
 
 «Sumqayıt» - «Qarabağ» 2-1
 «Keşlə» - «Xəzər Lənkəran» 8-1
 «Neftçi» İK İB – «Neftçi» 0-2
 «Qəbələ» - «Zirə» 3-0
 «Kəpəz» - «Səbail» 0-1

287     
Reklam

Reklam