» » Tərlan Əhmədovu “Neftçi”də Samir Abasov əvəzləyəcək

Tərlan Əhmədovu “Neftçi”də Samir Abasov əvəzləyəcək

Tərlan Əhmədovu “Neftçi”də Samir Abasov əvəzləyəcək"Neftçi”dəki prosseslər, açıqlamalar Tərlan Əhmədovun mayın sonu klubdan göndəriləcəyinə işarədir.

Elə Əhmədovun son açıqlamalarında yeni gələn rəhbərliyi hədəf göstərərək "Avropa Liqası iştahaları yarandı” deməyi də, artıq baş məşqçi ilə rəhbrəlik arasında soyuqluğun yarandığını göstərdi. Üstəlik, Tərlan Əhmədov yeni müqavilə üçün heç kimə yalvarmayacağını da dilə gətirdi. Yəni, özünüz bilərsiniz, istəmirsiniz, çıxıb gedəcəm. "Neftçi”nin prezidenti Kamran Quliyev media nümayəndələri ilə keçirdiyi brifinqdə baş məşqçi məsələsinə həssaslıqla yanaşıb. O da "hal-hazırda baş məşqçimiz var”, "mayda bəzi futbolçular və baş məşqinin müqaviləsi bitir” deməklə qapalı şəkildə Tərlan Əhmədova getməsi üçün yaşıl işıq yandırıb. Bəs, Tərlan Əhmədovu kim əvəzləyəcək?
Premyer .az saytının əldə etdiyi məlumata görə, Tərlan Əhmədovu hazırda "Sumqayıt”da çalışan həmkarı Samir Abasov əvəzləyəcək. Abasov "Sumqayıt”da ayrılacağını, yayda bu komandada olmayacağını açıq şəkildə söyləmişdi. Onun dünənki açıqlamalarında Sumqayıtı, klubunu sevməyini dilə gətirməsi də, bu gedişin reallığını göstərir. Mütəxəssisin gənclər şəhərinin komandasının ayrılmasında iki vacib amil var. Birincisi ona dəstək olan, onun uğuru üçün çalışan Kamran Quliyev və Ceyhun Sultanovun hazırda "Neftçi”də rəhbər vəzifədə olması, digər amil isə "Sumqayıt”la maliyyə məsələsində razılaşa bilməməsidir. Samir Abasovun” Sumqayıt”dan indi aylıq qazancı təxminən 3300 manatdır. İşində uğurlu olan mütəxəssis böyük ehtimalla, daha böyük məbləğə razılaşmaq istəyir. Amma büdcəsi məhdud olan klub hələ bu məsələyə müsbət yanaşmır. Artıq Abasovun yayda "Neftçi”yə baş məşçi gələcəyi futbol mütəxəssisləri arasında da danışılır. Görünür, "Sumqayıt”dan "Neftçi”yə gələn rəhbərlik yollarına onunla davam edib, komandanı çempion etmək niyyətindədir.
Mənbə: Premyer.az
273     
Reklam

Reklam