» » "QARABAĞ" ÇEMPİON OLDU!

"QARABAĞ" ÇEMPİON OLDU!

Bu gün Topaz Premyer Liqasında 24-cü tura yekun vurulub. Çempionatın sonuna 4 tur qalmış səfərdə "Sumqayıt"ı 1-0 hesabı ilə məğlub edən "Qarabağ" 2017-2018 mövsümünün çempionu olub. Bu, Ağdam klubunun ardıcıl beşinci, ümumilikdə altıncı çempionluğudur. Qeyd edək ki, paralel keçirilən "Neftçi" - "Qəbələ" matçı 1-0 hesabı ilə başa çatdığından "Qarabağ" vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib. Əlavə edək ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı, uzun illər "Qarabağ” komandasının kapitanı olan Allahverdi Bağırovun doğum günüdür.
160     
Reklam

Reklam