» » “Sumqayıt” oyun satırsa, şərəfini satıb və ya, Zaur Axundov köhnə qumarbaz (YAZI)

“Sumqayıt” oyun satırsa, şərəfini satıb və ya, Zaur Axundov köhnə qumarbaz (YAZI)

 “Sumqayıt” oyun satırsa, şərəfini satıb və ya, Zaur Axundov köhnə qumarbaz (YAZI)Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda bir çox maraqlı məqamlara toxunmaq istəyirəm. Bəli. Həmin qaranlıq məqamlar var ki, onsuz da çökən futbolumuzu lap məhv etməkdədir. Başlayaq elə "Sumqayıt” – "Keşlə” oyununda baş verən şou göstərişlərinə. Bu şou artıq bir neçə zamandır ki, davam edir. Premyer Liqa oyununda "Sumqayıt”a verilən 3 xaldan tutmuş, kubok oyununda keçrilən hər iki qarşılaşmayadək. Bu iki klubun arasında gedən danışıq prosesindən və oyun üslublarından tutmuşdum ki, babat alver gedir. Lakin bir jurnalist olaraq araşdırma etmək borcumuzdur. Məhz bu üzdən proseslərin sonuna qədər izlədim. İzlədim də, necə lazımdırsa gördüm. "Sumqayıt” – "Keşlə” arasında gedən möhtəşəm tamaşanı tək mən deyil, bütün millət gördü. Öncə oyunda baş verən şübhəli məqamlara aydınlıq gətirək. Oyun başlayandan, hər iki klub matçı əməlli başlı yola verdi. 

Yəni topu hara gəldi, necə gəldi vurmaqla məşğul idilər. Yəni tam senariyə uyğun hərəkət edirdilər. Buna görə onların ustalıqlarına alqış düşür. Gələk qol epizodunda baş verən biabırçı və qaranlıq məqama. Qarşılaşmanın 62-ci dəqiqəsində "Keşlə”li Denis Silvanın "Sumqayıtı”ın cərimə meydançasına tərəf qaçan Pərdis Fərcad Azada edilən ötürməsinə. Ötürmədən sonra meydan sahiblərinin futbolçusu Bəhlul Mustafazadə Pərdislə top mübarizəsində qalib ayrılır. Qalib ayrılır da, sonra nə etdiyi daha çox maraqlıdır. Aldığı topu, irəli vurmaq, komanda yoldaşına ötürmək əvəzinə, ayağında xeyli saxlayıb "Keşlə”li futbolçuya bağışlayır. Hələ top ayağından çıxan B. Mustafazadə özünü necə artiscəsinə yerə atdığını da, təkrar epizoda baxarkən görmək olur. Epizoda diqqətlə baxsanız görəcəksiniz ki, Bəhlul Mustafazadə topla o, qədər oynayır ki, Meydanın mərkəzindən Meza Kolli sprinter Hüseyn Boltdan daha sürətli qaçaraq topu B. Mustafazadənin ayağından alıb qapıya vurur. Əlbəttə ki, çox gülməlidir. Mən başa düşə bilmirəm ki, bunlar insanları, azarkeşləri, jurnalistləri axmaq yerinə qoyurlar?Yoxsa, özləri-özlərini axmaq hesab edirlər. Bu qədər biabırçılıq olmaz axı. İki dəqiqə sonra Cavid İmamverdiyevin sanki meydanda tək imiş kimi, topu rəqib qapısından gözü yumulu şəkildə keçirməsi,lap faciədir. Birinci buraxılan qolda göstərilən tamaşa, bərabərlik qolunun vurulma prosesi isə lap şedevirdi. Soruşmaq ayıb olmasın, bəs ölkənin ən güclü iki əcnəbi müdafiəçiləri hesab edilən. D. Silva və Skarlatake həmin anda nə edirdilər. Mən deyim nə edirdilr. Topun Cavid İmmaverdiyevə çatması üçün babat şərait yaratdılar. Btün bu komediya nəyə lazımdır? Onsuz da ölkəmizdə necə lazımdırsa oyun alqı-satqısı gedir. "Keşlə”nin baş məşqçisi Yuri Maksimovun "Sumqayıt”lı futbolçuyla qalmaqalı isə əməlli başlı gözdən pərdə asmağına xidmət edirdi. Sanki gərin bir oyun, çox həyacanlı məşqçilər funksiyasını yerinə yetirirdi. Dediyim odur ki, bu hoqqalardan çıxmağın nə mənası vardı. Onsuz da iki həftə öncə, nələr olacağını bilirdik. Jurnalistlər də bu oyunu danışılmış oyunlar içərisinə daxil etmişdilər. Bütün bu olayların başında isə "Keşlə”nin prezidenti Zaur Axundov durur. Bu adamın özü elə əməlli başlı qumarbazdı. Elə "Keşlə”nin Premyer Liqada "Sumqayıta” 3 xal verməsi, onların kubokun finalına çıxması təklifi də, yüz faiz Z. Axundov tərəfindən gəlib. Nə oldu ki, Zaur Axundov Premyer Liqa klubuna prezident gələn kimi, "Keşlə”nin adı oyun alqı-satqısında hallandı. Mirhüseyin Seyidov və Nizami kimi istedadlı futbolçuların torbası tikildi. Bu cür istedadlı futbolçuların demək olar ki, karyeraları məhv edildi. Üstündən çox keçməmiş, "Sumqayıt” –"Keşlə” oyunu şübhələr doğurmağa başladı. Zaur Axundov nə etdi, nə etmədi, Mirhüseyn və Nizamini ləkələdilər. Hər şey polis bölməsində başladı. Çox güman ki, Z. Axundov futbolçuları qorxudub. Ən əsası qarşılarına şərt qoyub. Ya, susun futboldan gedir, yada ki, qazamat. Belə bir atalar məsəli var. "Od olmasa, tüstü çıxmaz”. Yəni torbada pişik var. Əgər "Sumqayıt” klubu "Keşlə” ilə oyun alqı-satqısında iştirak edibsə, şərəfini satıb. Bəli. Bütün Sumqayıt çempionat başlayandan klubunu dstəkləyir. Dəfələrlə gözlərimlə şahid olmuşam ki, meydan sahiblərinin oyunu heç zaman boş tribunalar önündə keçirilməyib. Stadion "Sumqayıt”ı dəstəkləmək üçün ağızına qədər dolu olub. Azarkeşlərin bu əməyini, bu zəhmətini, fədakarlığını yerə vurmaq şərəfsizlik, alçaqlıqdan başqa bir şey deyil. Güman edirəm ki, sözü gedən oyunla bağlı müəyyən araşdırmalar başlayacaq. Ən azından buna ümüd etmək olar. Lakin bir şey var ki, işin içində Zaur Axundov varsa, ört-basdır olacaq. Bax beləcə, futbol deyilən idman növümüz məhvə doğru gedir. Bir-iki belə oyun alqı-satqısı FİFA və UEFA-nın qulağına çatarasa, süqut çox uzaqda deyil. Allah futbolumuzuz, belə satqınlardan, saxtakarlardan qorusun. Bu futbolumuz adına rəzalətdən başqa bir şey deyil. 

Əli HƏYATİ/ futbolmedia.az
585     
Reklam

Reklam