» » Nazim Əliyev yubileyini qeyd edir

Nazim Əliyev yubileyini qeyd edir

Nazim Əliyev yubileyini qeyd edir Bu gün azərbaycanlı futbol mütəxəssisi Nazim Əliyev yubileyini qeyd edir. Premyer.az xəbər verir ki, onun 55 yaşı tamam olur. Məlumat üçün bildirək ki, Nazim Əliyev milli çempionatlar tarixində 183 qol vurmaqla ən məhsuldar futbolçu olan Nazim Əliyev hazırda "Səbail"in 16 yaşlılardan ibarət komandasının baş məşqçisidir. O, Azərbaycan çempionatında bir mövsümə 39 top vurmaqla rekorda imza atıb. Karyerası boyu Xəzər , Neftçi , Qarabağ  və Dinamo Bakı klublarının şərəfini qoruyub. O, məşçi kimi Qarabağ, Şəfa, Ədliyyə, Olimpik (Şüvəlan), Neftçi (əvəzedicilər) komandalarında çalışıb. Nazim Əliyev eyni zamanda əsas millidə köməkçi məşqçi, 21 yaşlılardan ibarət millimizin baş məşqçisi, 19 yaşlılardan ibarət millimizdə köməkçi məşqçi kimi də çalışıb.
Mütəxəssisi təbrik edir, ona can sağlığı, karyerasında uğurlar arzu edirik.
79     
Reklam

Reklam