» » Aftandil Hacıyev: "Dedanın qol vurması o demək deyil ki, onu milliləşdirəcəyik "

Aftandil Hacıyev: "Dedanın qol vurması o demək deyil ki, onu milliləşdirəcəyik "

Aftandil Hacıyev: "Dedanın qol vurması o demək deyil ki, onu milliləşdirəcəyik " Futbol üzrə 21 yaşlılardan ibarət milli komandamızın məşqçisi və "Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Radiosunda İlkin Babanın qonağı olub. Mütəxəssis Yaroslav Dedanın milliləşməsi ilə bağlı məsələyə də münasibətini bildirib: "Hal-hazırda Yaroslav Dedanın milliləşməsi ilə bağlı məsələ açıq olaraq qalır. Onun 19 yaşlıların Çempionlar Liqasındakı oyununda qol vurması o demək deyil ki, biz onu asanlıqla milliləşdirməliyik. Təbii ki, Deda Çempionlar Liqasında özünü yaxşı tərəfdən göstərdi. Amma bundan sonra bu uğuru davam etdirmək, etimadı doğrultmaq lazımdır. Onun komandada meydana çıxması da sual altındadır. Həm zədələnir, həm xarakterində müəyyən zəiflik var. Bu o demək deyil ki, o bizə lazım deyil. Sadəcə qərar vermək üçün zaman lazımdır. Həm Qurban Qurbanov, həm də Rəşad Sadıqov onu diqqətlə izləyir".
52     
Reklam

Reklam