» » Dadaşov qol vurdu, komandası səfərdən 3 xalla qayıtdı

Dadaşov qol vurdu, komandası səfərdən 3 xalla qayıtdı

Dadaşov qol vurdu, komandası səfərdən 3 xalla qayıtdıYığmamızın sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo" klubu Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib. Berlin təmsilçisi səfərdə "Altqlenike" ilə qarşılaşıb.

Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində meydana çıxan Rüfət 32-ci dəqiqədə hesabı açmaqla, komandasının qələbəsində pay sahibi olub.  
Qeyd edək ki, hazırda aktivində 46 xal olan "Dinamo" turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
248     
Reklam

Reklam