» » Millimiz Makedoniya ilə heç-heçə etdi

Millimiz Makedoniya ilə heç-heçə etdi

Millimiz Makedoniya ilə heç-heçə etdiFutbol üzrə Azərbaycan millisi bu gün növbəti yoxlama oyununa çıxıb.  Qurban Qurbanovun çalışdırdığı yığmamız Antalyada Makedoniya ilə qarşılaşıb.

Yığmamız bu rəqiblə indiyə qədər 6 dəfə qarşılaşmışdı. Bu oyunlarda qələbəyə həsrət qalan komandamız 5 məğlubiyyətə üzülmüşdüsə, cəmi 1 dəfə heç-heçə ilə təsəlli tapmışdı. Bu oyunda isə futbolçularımız ilk dəfə makedonlara qalib gəlməyə çalışacaqdılar.
Hesabı məhz millimiz açıb. Lakin makedoniyalılar da komandamız kimi penaltidən fərqlənməklə hesabı bərabərləşdiriblər. Qalan dəqiqələrdə qapılara başqa qol vurulmadığından, oyun heç-heçə yekunlaşıb.
Bu görüş millimiz üçün daha bir tarixi hadisə ilə əlamətdar olub. Belə ki, "Mardan” stadionunda keçirilən görüşdə videotəkrar sistemindən istifadə olunub ki, bu da millimizin tarixində ilk idi.
Yoldaşlıq görüşü
27 mart
20:00. Azərbaycan – Makedoniya - 1:1
Qollar: Riçard Almeyda, 6 (p), Traykovski, 21 (p)
Baş hakim: Halis Özkahya
Köməkçi hakimlər: Kemal Yıldırım, Kerem Ersoy
Dördüncü hakim: Ali Palabıyık (hakimlər briqadası Türkiyədəndi)
Antala. "Mardan Arena".
Azərbaycan: Kamran Ağayev, Ürfan Abbasov, Ruslan Abışov, Maksim Medvedev, Tural Axundov, Namiq Ələskərov, Dmitri Nazarov, Qara Qarayev, Riçard Almeyda, Araz Abdullayev, Amil Yunanov
Makedoniya: Dimitrievski, Ristovski, Ristevski, Velkovski, Musliu, Nikolov, Bardi, Radeski, Triçkovski, Traykovski, Pandev
105     
Reklam

Reklam