» » Qurban Qurbanova hörmətsizlik! (QEYD)

Qurban Qurbanova hörmətsizlik! (QEYD)

Qurban Qurbanova hörmətsizlik! (QEYD)Azərbaycan milli komandasının dünən Belarusla keçirdiyi yoldaşlıq oyunu və nəticə müzakirə olunmur. Bu gün danışılan əsas məsələ Araz Abdullayev və Elvin Yunuszadənin əməlləridir. Milli komandaya baş məşqçi təyin olunan vaxt Qurban Qurbanov onun üçün əsas məsələnin futbolçu xarakteri, milliyə bağlılıq, hörmət və s olduğunu demişdi. Yəni dəvət olunanlar bu kriteriylara da cavab verməlidir. Amma dünən Qurban Qurbanova ilk "zərbə" vuruldu. Belarusla matçın 18-liyinə salınmayan Araz Abdullayev və Elvin Yunuszadənin "qış yuxusu"na getdiyi və Q.Qurbanovun oyundən əvvəl təyin etdiyi iclasa gəlmədiyi bəlli olub. Baş məşqçi də onları cəzalandırıb və dünən keçirdiyi mətbuat konfransında futbolçulardan birinin daha sərt cəzalandırılacağının siqnallarını vermişdi. Bu gün Elvin Yunuszadənin millinin düşərgəsindən qovulduğu rəsmən açıqlandı. Niyə Araz yox, məhz Elvin? Çünki vaxtilə "Neftçi"də oynayan kimi görünən Yunuszadənin "Qarabağ" kimi bir komandaya gəlişi təəccüblə qarşılanmışdı. Elə "Qarabağ"ın heyətində forma geyindiyi müddətdə də meydandakı "quşları" bunu deməyə əsas verirdi. Həm də bilənlər razılaşar ki, xarakter olaraq da Elvin Qurban Qurbanovun qurduğu sistemə yad idi. Dedilər ki, ya düzələcək, ya da düzələcək. Düzəldi. Amma el məsəli var, ay Qurban müəllim, "oğurluğun ömrü 40 gündür". Düzdür, Elvinin "oğurluğu"nu neçə 40 günlər gizlədə bildi. Ta ki, millidəki yuxuya qədər. Özüdə sizin fəlsəfənizə, komanda üzərindəki hökmranlığınıza hörmətsizlik etməklə. Çətin Elvini bağışlasın Qurban müəllim. "Qarabağ"la da sağollaşacağı gün yaxındadır. Yeri gəlmişkən, 10 ildir radioda səhər efirinə çıxıram, bir dəfə də olsun gecikməmişəm. Demək ki, Qurban müəllim, bir rəhbər kimi tələbiniz dediyiniz qədər deyilmiş. Ya da elvinkimiləri ictimaiyyətə yaxşı kimi təqdim etməklə səhvə yol vermisiniz. Quyuya su tökməklə olmur, ay bəy!

İlkin Baba
147     
Reklam

Reklam