» » UEFA apreldə “Qaradağ-Lökbatan”la bağlı şok araşdırmaya başlayır!

UEFA apreldə “Qaradağ-Lökbatan”la bağlı şok araşdırmaya başlayır!

UEFA apreldə “Qaradağ-Lökbatan”la bağlı şok araşdırmaya başlayır!I Divizionun lideri "Qaradağ-Lökbatan”ın son turlardakı ardıcıl məğlubiyyətləri barədə söz-söhbətlər artıq Azərbaycandan kənara çıxmağa başlayıb. İlk 14 turda məğlub olmayan və cəmi iki bərabərliyə razı olan qəsəbə təmsilçisi, artıq 3 oyundur ardıcıl yenilgilərlə üzləşir. Durum artıq UEFA-nın diqqətini cəlb edib.
"Rekord.az”a etibarlı mənbədən verilən məlumata görə, məsələ ilə araşdırmalara qarşıdakı bir ay ərzində başlanılacaq. Hətta martın 7-də keçirilən Hesabat Konfransında iştirak edən UEFA rəsmilərinin (Con Deleyni və Tyerri Favre) Azərbaycanda danışılmış oyunları barədə narahatlıqlarını dilə gətirdiyi belə iddia olunur. Onların xüsusilə "son zamanlar aşağı dəstənizlə bağlı xoş olmayan mesajlar alırıq” cümləsi AFFA-nı narahat edib. Məhz bundan sonra baş katib Elxan Məmmədovun elitadakı klubların sayının artırılması məsələsində ehtiyatlı danışmağa məcbur olub. Halbuki, yaxın günlərə qədər bu məsələnin həll olunduğu və gələn mövsümdən klubların sayının 10-a çatdırılacağı böyük mənada dəqiqləşmişdi. Ancaq son turlardakı nəticələr durumu dəyişib.
Mənbə qeyd edir ki, UEFA-nı lider "Qaradağ-Lökbatan”ın son turlardakı məğlubiyyətləri xüsusilə maraqlandırıb. Bakıda Avropanın ali futbol qurumuna ötürülən məlumatlarda oyunların nəticələrinin əvvəlcədən razılaşdırıldığı deyilib, işin ciddi nəzarətə götürülməsinin vacibliyi qeyd olunub. 
UEFA mart ayı ərzində də gedişatı izləmək qərarına gəlib. Aprelə qədər də "şübhəli” durum davam etsə, cəza qaçılmaz olacaq. AFFA-nın da vəziyyətdən xəbəri var və assosiasiya da quruma zərər dəyməməsi üçün UEFA ilə sıx əməkdaşlıq edir.
"Qaradağ-Lökbatan”ın son 3 turdakı oyunları və nəticələr aşağıdakı kimidir:
23 fevral. "Qaradağ-Lökbatan” – "Şüvəlan” 1:2
Qollar: Elvin Adışirinli, 7 // Orxan Səfiyaroğlu, 61; Natiq Kərimi, 70 (ö.q.)
02 mart. "Xəzər” – "Qaradağ-Lökbatan” 1:0
Qollar: Tural Qürbətov, 5
08 mart. "Qaradağ-Lökbatan” – "Turan Tovuz” 1:3
Qollar: Sabir Allahquliyev, 71 (p.) // İlkin Rzayev, 54, 80; Ziyabil Məmmədov, 58 
 
(Mənbə: Rekord.az)
516     
Reklam

Reklam