» » UEFA İtaliya klubuyla bağlı araşdırmalara başladı

UEFA İtaliya klubuyla bağlı araşdırmalara başladı

UEFA İtaliya klubuyla bağlı araşdırmalara başladıUEFA İtaliyanın "Atalanta” klubu ilə bağlı araşdırmaya başlayıb. Premyer.az xəbər verir ki, qurum Avropa Liqasının 1/16 final mərhələsində "Borussiya” ilə oyunda (1:1) Dortmund təmsilçisinin hücumçusu Mişi Batşuayiyə yerli fanatların irqçi şüarlar səsləndirməsinə görə, araşdırmalara aparır. İtaliyalı azarkeşlər oyun ərzində meymun səsləri çıxararaq Mişiyə qarşı irqçilik ediblər. Oyundan sonra Batşuayi sosial şəbəkə hesabında buna etiraz etmişdi. "Atalanta" klubunun prezidenti isə belçikalı hücumçudan üzr istəmişdi və hadisəyə görə təəssüf hissi keçirdiyini vurğulamışdı.

"Atalanta"nın UEFA tərəfindən cəzalandırılacağı dəqiqdir. Lakin bu cəzanın şərtləri açıqlanmayıb.
97     
Reklam

Reklam