» » "Qəbələ" "Səbail"ə, "Zirə" "Neftçi"yə qarşı

"Qəbələ" "Səbail"ə, "Zirə" "Neftçi"yə qarşı

"Qəbələ" "Səbail"ə, "Zirə" "Neftçi"yə qarşıBu gün Topaz Premyer Liqasında XVII tura start veriləcək. Premyer.az xəbər verir ki, ilk oyun günüdə iki qarşılaşma baş tutacaq. 

İlk olaraq meydana "Səbail" və "Qəbələ" çıxacaq. Ardıcıl 6 oyunda məğlub olmayan "qırmızı-qaralar" liderlə xal fərqini azaltmaq üçün debütantla matçda qələbə qazanmalıdı. Qış fasiləsindən sonra keçirdiyi iki oyunda rəqiblərinə başağrısı olan "Səbail" "Qəbələ"dən xal qopartmaq niyyətindədi.  
Günün ikinci oyunu "Neftçi" və "Zirə" komandaları arasında keçiriləcək. Avrokuboklara iddialıların oyununda hər iki komanda ötən turun məğlubiyyətini unutdurmaq üçün meydana çıxacaq. Tarixi ərzində çempionat oyununda "Zirə"yə qalib gələ bilməyən "Neftçi" bu tilsimi qırmağa çalışacaq. 

Topaz Premyer Liqası
XVII tur
24 fevral (şənbə)
16:00. "Səbail” – "Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
"Bayıl Arena”
 
18:00. "Neftçi” – "Zirə”
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Nahid Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
8-ci km qəsəbə stadionu



115     
Reklam

Reklam