» » Rəşad Sadıqov: "Bunu etsəydim, millidə sonuncu günüm olacaqdı"

Rəşad Sadıqov: "Bunu etsəydim, millidə sonuncu günüm olacaqdı"

Rəşad Sadıqov: "Bunu etsəydim, millidə sonuncu günüm olacaqdı""Milli komandaya futbolçu dəvət olunmasında heç bir zaman rolum olmayıb. Millidə heç bir vaxt elə söhbət olmayıb". Premyer.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı, U-21 yığmamızın baş məşqçisi Rəşad Sadıqov deyib.

Azərbaycan Radisosunda həmkarımız İlkin Babanın qonağı olan təcrübəli kapitan maraqlı məqamlara toxunub. O, milliyə futbolçu dəvət olunmasında rolundan danışıb. O bildirib ki, heç vaxt millinin məşqçi heyətinə futbolçu təklif etməyib: "Bir dəfə millimizin sabiq baş məşqçisi Berti Foqts mənə sual verdi: "Nə düşünürsən, sənin yanında hansı müdafiəçi oynasın? Vurğun Hüseynov, yoxsa Vladimir Levin?". Dedim ki, bilmirəm. Dedi yox, sən komandanın kapitanısan, əsas müdafiəçisən. Nə fikirləşirsən? Dedim bilmirəm, məqçisiz, qərar verin. Mənə qayıtdı dedi ki, qorxaqsan. Mən qorxmurdum. Sadəcə, bu söz-söhbətlərə görə fikrimi bildirmək istəmirdim. Və ya fikirləşirdim ki, bəlkə fikrim yanlış olar. Heç vaxt milli yığma səviyyəsində bu söhbət olmayıb".
Rəşad Sadıqov bildirib ki, yığmaya futbolçu təklif etsə idi də, məşqçi heyəti bunu qəbul etməyəcəkdi: "6 il Berti Foqtsla, 3 il Robert Prosineçki ilə bir yerdə işləmişəm. Onlar özləri də buna imkan verməzdilər. Mən istəsə idim də, onlar imkan verməzdilər. Vallah, belə bir şey olmayıb. Olub ki, Prosineçki ilə bir yerdə futbolçuların durumu barədə danışmışıq, müzakirələr aparmışıq. Bəzən Prosineçki mənə elə informasiyalar verirdi ki, həmin futbolçu haqda onları bilmirdim. Prosineçki özü də çox bilmiş insan idi, "Real", "Barselona" görmüş insan idi. Həmişə onunla müzakirələrimiz olub. Əgər ona desəydim ki, cənab Prosineçki bunu dəvət etmə, onu dəvət et, həmin gün mənim millidə son günüm olacaqdı. O, elə xarakterli insan idi".  
176     
Reklam

Reklam