» » Alfa Liqa - Ulduz ol!

Alfa Liqa - Ulduz ol!

Alfa Liqa -  Ulduz ol!Ölkəmizdə minifutbolun inkişafı və kütləviləşdirilməsi yönündə təsis edilmiş "Azərbaycan MiniFutbol Assosiasiyası” (AMFA) "Bakcell”in baş sponsorluğu ilə Alfa Liqa adlı yeni layihəsini futbol həvəskarlarına təqdim edir. Peşəkar futbolçu statusu daşımayan istənilən futbol həvəskarı Alfa Liqada iştirak etmək hüququna malikdir. Alfa Liqa hər bir iştirakçısına ulduz olmaq imkanını verir. Liqanın başlıca məqsədləri həvəskar futbolçuların mübarizə və qələbə əzmini yüksəltməkdən, onları komanda halında bir araya gətirməkdən, minifutbol üzrə ən güclü komandanı müəyyənləşdirməkdən və həvəskarlara peşəkarlıq abu-havası yaşatmaqdan ibarətdir.
Təxminən iki ay davam edəcək Alfa liqanın qalibi AMFA-nın dəstəyi və "Bakcell”in baş sponsorluğu ilə ölkəmizi sentyabr ayında Sloveniyada təşkil olunacaq minifutbol üzrə Avropa Çempionlar Liqasında təmsil edəcəkdir. Ötən ilki Çempionlar Liqasında 20-dən çox ölkənin iddialı komandaları köhnə qitənin ən güclü klubu olmaq uğrunda mübarizə aparmışdı. Şübhəsiz yeni mövsümdə Azərbaycan təmsilçisinin də ilk dəfə ÇL-də iştirakı ölkə minifutbolu adına tarixi bir hadisədir.
Bundan əlavə minifutbol üzrə Azərbaycan milli komandası məhz bu liqada parlayan və fərqlənən oyunçulardan seçilərək formalaşacaq. Alfa Liqadakı çıxışı ilə yığma üzvünə çevrilən futbol həvəskarları Avropa və Dünya çempionatlarında ölkəmizin şərəfini qoruyacaq. Bununla həvəskar futbolçularımız Azərbaycan bayrağı altında minifutbol tarixinin yeni səhifəsini açacaqdır.
Özünə güvənən hər kəsi Alfa Liqaya çağırırıq. Ulduz olmaq vaxtıdır!
280     
Reklam

Reklam