» » "Neftçi"nin vitse-prezidenti: "İnşa işlərini gələn ilin sonunadək bitirməyi düşünürük"

"Neftçi"nin vitse-prezidenti: "İnşa işlərini gələn ilin sonunadək bitirməyi düşünürük"

"Neftçi"nin vitse-prezidenti: "İnşa işlərini gələn ilin sonunadək bitirməyi düşünürük""İnşa işləri uğurla davam edir. Təlim-məşq bazasını 2019-cu ilin sonunda təhvil verməyi planlaşdırırıq". Premyer.az xəbər verir ki, bu sözləri "Neftçi" klubunun vitse-prezidenti Elnur Eyvazov deyib.  

Klub rəsmisi hazırda inşası davam edən təlim-məşq bazasında görülən işlərdən danışıb. O bildirib ki, burada söhbət təkcə bazanın tikintisindən getmir: "Əlavə iki yeni süni meydança qurmağı planlaşdırırıq. Bildiyiniz kimi, üstüörtülü meydançamız da mövcuddur. Onu yenidən bərpa etmək barədə düşünürük. Yəni, bütün işlərimiz tikinti ilə bağlı olmayacaq. Bəzi işlər var ki, onları da qaydasına qoymalıyıq. "Neftçi"nin akademiyası dağınıq vəziyyətdədir, aşağı yaş qrupları üzrə komandalarımız oyunlarını başqa stadionda keçirirlər. Bu məsələ də gündəmimizdədi və bunları kompleks şəkildə həll etməyi planlaşdırırıq".
Qeyd edək ki, "Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazası Bakıxanov qəsəbəsində, İsmət Qayıbov adına stadionun yerində inşa olunur.
112     
Reklam

Reklam