» » "Səbail"in yeni transferinin bacarığı

"Səbail"in yeni transferinin bacarığı

"Səbail" heyətinə yeni futbolçu cəlb edib. Paytaxt təmsilçisi Belçikanın "Standard" klubundan Faruk Miyanı icarəyə götürüb. Uqandalı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Uqanda millisinin üzvü olan 22 yaşlı hücumameyilli yarımmüdafiəçi ölkəsinin "Vipers" klubunun yetirməsidir. Miya 2016-cı ildə "Standard"a keçib. O, Lyej təmsilçisində 5 oyun keçirib və 1 qol vurub.
Faruk mövsümün ilk yarısını icarə əsasında Belçikanın "Muskron" klubunda keçirib.
Miyanın performansından hazırlanmış videonu təqdim edirik:

137     
Reklam

Reklam