» » Basketbolçularımız beynəlxalq turnirin qalibi olublar

Basketbolçularımız beynəlxalq turnirin qalibi olublar

Basketbolçularımız beynəlxalq turnirin qalibi olublarAzərbaycanın 18 yaşadək basketbolçulardan ibarət milli komandası İranın Sərab şəhərində keçirilən ənənəvi beynəlxalq turnirin qalibi olub. Turnirdə U-18 millimizlə yanaşı, İranın və İraqın bir sıra şəhərlərinin komandaları da iştirak ediblər.
Samit Nuruzadənin yetirmələri ilk qarşılaşmada Süleymaniyyə şəhərinin basketbolçularına 60:69 hesabı ilə məğlub olublar. Bu görüşdən sonra dönüş yaradan komandamız turnirin favoriti olan İran millisini üstələyib (75:71). Ev sahibləri ilə keçirilən sonuncu görüş isə gərgin idman mübarizəsi şəraitində keçib. Bu oyunda da komandamız yüksək oyun nümayiş etdirərək rəqibinə heç bir şans verməyib - 90:72.
36     
Reklam

Reklam