» » Uqandalı futbolçusu "Səbail"də

Uqandalı futbolçusu "Səbail"də

Uqandalı futbolçusu "Səbail"dəPaytaxtın "Səbail" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Samir Əliyevin rəhbərlik etdiyi kollektiv hücumameyilli yarımmüdafiəçi ilə anlaşıb. 

Belə ki, Bayıl təmsilçisi Belçikanın məşhur "Standart" klubunun futbolçusu Faruk Miyanı icarəyə götürüb. 21 yaşlı uqandalı hücumameyilli yarımmüdafiəçi klubla mövsümün sonuna qədə sözləşmə imzlayacaq. 
Miya ölkəsinin "Vipers" klubunun yetirməsi sayılır. 3 il bu klubun formasını geyinən və çıxış etdiyi 49 matçda aktivinə 20 qol yazdıran oyunçu 2016-cı ildə "Standart"a keçib. Lyej təmsilçisinin heyətində keçirdiyi ilk ilində meydana çıxdığı 4 matçda 1 qol vuran Faruk son olaraq icarə əsasında "Muskron"un formasını geyinib.
Miyanın yığma karyerası daha cəlbedicidi. Uqandanın ən perspektivli oyunçularından sayılan yarımmüdafiəçi 2014-cü ildən, yeni 17 yaşından əsas millidə çıxış edir.  O, yığmanın heyətində keçirdiyi 43 matçda 17 dəfə fərqlənib. Faruk DÇ-2018-in seçmə mərhələsində 4 qol vurmağı bacarıb.
133     
Reklam

Reklam