» » Taekvondoçularımız daha iki medal qazandı

Taekvondoçularımız daha iki medal qazandı

Taekvondoçularımız  daha iki medal qazandıürkiyənin İstanbul şəhərində təşkil edilən taekvondo yarışları davam edir.  Klublararası Avropa çempionatının ardından sayca 5-ci olan "Turkish Open” G1 kayeqoriyalı turnirə start verilib.
Gənclərdən ibarət milli komandamızın üzvləri də bu turnirdə mübarizəyə qatılıb. Fevralın 11-də startı verilən yarışın ikinci günü iki idmançımız fəxri kürsüyə qalxıb. Bir neçə gün öncə klublar arasındakı yarışda -63 kq çəki dərəcəsində çempion olan taekvondoçulardan Cavad Ağayev və Minayə Əkbərova (-44 kq) həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurublar.
Xatırladaq ki, gənclərdin ibarət millimiz baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi ilə bu yarışda 17 taekvondoçu ilə təmsil olunur. Turnirə fevralın 14-də yekun vurulacaq.
26     
Reklam

Reklam