» » U-17 Liqası: Mərkəzi oyunda bərabərlik

U-17 Liqası: Mərkəzi oyunda bərabərlik

Dünən «Bakcell U-17 Liqası»nda 20-ci turun oyunları keçirilib. Turun mərkəzi qarşılaşması hesab edilən «Səbail» - «Neftçi» matçı bərabərliklə başa çatıb. Daha bir heç-heçə «Neftçi» İK İB – «Zirə» oyununda qeydə alınıb. «Qəbələ» gözlənilmədən evdə «Sumqayıt»ın müqavimətini qıra bilməyib. Gözlənildiyi kimi «Qarabağ», «Kəpəz» və «Keşlə» bu tur nisbətən zəif rəqiblərlə mübarizədə qalib ayrıldı: «Kəpəz» - «Xəzər Lənkəran» 1:0, «Səbail» - «Neftçi» 2:2, «Keşlə» - «Ağsu» 8:1, «Neftçi» İK İB – «Zirə» 1:1, «Mil Muğan» - «Qarabağ» 0:6, «Qəbələ» - «Sumqayıt» 2:2
U-17 Liqasında 21-ci turun oyunları fevralın 19-da keçiriləcək: «Qəbələ» - «Kəpəz», «Sumqayıt» - «Mil Muğan», «Qarabağ» - «Neftçi» İK İB, «Zirə» - «Keşlə», «Ağsu» - «Səbail», «Neftçi» - «Xəzər Lənkəran».
 
 
Bombardirər: Nicat Musayev («Neftçi»)-20 qol, Xəyal Bədirov («Səbail»)-15 qol, Bayram Vəliyev («Səbail») – 14 qol.
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik 
«Het-trik news» qəzetinin layihəsi
YAZI AFFA YANINDA MEDİA KOMİTƏSİ TƏRƏFİNDƏN MALİYYƏLƏŞİR

U-17 Liqası: Mərkəzi oyunda bərabərlik

 




157     
Reklam

Reklam