» » "Kəpəz" Dario Frederikonun problemini həll etdi

"Kəpəz" Dario Frederikonun problemini həll etdi

"Kəpəz" Dario Frederikonun problemini həll etdi"Kəpəz"in futbolçusu Dario Frederikonun problemi həllini tapıb. "Neftçi" ilə görüşü tribunadan izləyən futbolçu "Keşlə" ilə qarşılaşmada komandasına kömək edə biləcək.   Bir müddətdir komandanın düşərgəsinə qoşulan braziliyalının transferi "Neftçi" ilə XV tur matçına kimi həll olunmamışdı. Cənibu Koreyanın "Seonqnam" klubundan ayrılan braziliyalının kənarda qalmasının səbəbi müvafiq sənədin mərkəzləşdirilmiş beynəlxalq sistemə (TMS) düzgün oturdulmaması idi.

Artıq bu problem yoluna qoyulub və "sambaçı" "Keşlə" ilə matçda komandasına kömək edəcək. 
Qeyd edək ki, "Kəpəz" - "Keşlə" qarşılaşması fevralı 18-də keçiriləcək.  
31     
Reklam

Reklam