» » İranlıların sponsorluq etdiyi komanda I Diviziona hazırlaşır

İranlıların sponsorluq etdiyi komanda I Diviziona hazırlaşır

İranlıların sponsorluq etdiyi komanda I Diviziona hazırlaşırBir qrup iranlı şəxs tərəfindən maliyyələşdirilən "Şirvan" adlı komandanın Həvəskarlar Liqasında oynaması haqda məlumat vermişdik. Üstəlik, Bakıda məskunlaşmasına baxmayaraq, həmin komandanın Yevlaxı təmsil etməsini də vurğulamışdıq. Rəhbərlik Həvəskarlar Liqasında müvəqqəti oynayır.
 
Belə ki, onların hədəfi növbəti mövsümdən I Divizionda mübarizə aparmaqdır. Artıq bu yöndə əməli işlərə də start verilib və rəhbərlik divizion üçün normal stadion axtarır. Ancaq bir məsələ də var ki, PFL hər tanımadığı komandanı I Diviziona buraxmır. Odur ki, "Şirvan" rəhbərliyinə də erkən sevinməyi məsləhət görməzdik. (rekord.az)
158     
Reklam

Reklam