» » Azərbaycan İspaniyaya qarşı

Azərbaycan İspaniyaya qarşı

Azərbaycan İspaniyaya qarşıSloveniyanın Lyublyana şəhərində təşkil olunan futzal üzrə Avropa çempionatında Azərbaycan millisi bu gün mübarizə apardığı D qrupunda sonuncu oyuna çıxacaq. Komandamız İspaniya ilə görüşəcək. Üç komandalı qrupda ilk oyunda Fransaya qalib gələn Joze Alesionun futzalçıları artıq 1/4 finala çıxmağı təmin ediblər. Bu mərhələdə komandamızın rəqibi C qrupundan 1/4 finala vəsiqəni təmin edən Portuqaliya və ya Ukrayna olacaq. Qeyd edək ki,  hərəyə 3 xal toplayan həmin komandalar da bu gün qarşılaşacaq. Bundan sonra qrup lideri və ikincisi müəyyənləşəcək. Məhz bu qrupun təmsilçiləri ilə millimizin yer aldığı qrupun qalibləri 1/4 finalda qarşılaşacaqlar.
Bu baxımdan turnirin favoritlərindən hesab olunan ispanlarla görüş qrupdakı yerimizin müəyyənləşməsi və 1/4 finaldakı rəqibimizin kim olması baxımından əhəmiyyətlidir. İspaniya yığması millimizə uduzacağı təqdirdə qrupda qalmaq ehtimalı olduğundan görüşün gərgin keçəcəyini proqnozlaşdırmaq olar.
23:45. Azərbaycan – İspaniya
Hakimlər: Vladimir Kadikov (Rusiya), Admir Zahoviç (Sloveniya), Alessandro Malfer (İtaliya)
109     
Reklam

Reklam