» » "Rubin" baş məşqçisini istefaya göndərdi

"Rubin" baş məşqçisini istefaya göndərdi

"Rubin" baş məşqçisi Rinat Bilyaletddinovu istefaya göndərib. Premyer.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş direktoru İlqiz Faxriyev məlumat verib. O  bildirib ki, komandanın bu mövsüm uğursuz çıxışı səbəbindən 57 yaşlı mütəxəssislə müqavilənin müddəti qarşılıqlı razılaşma ilə ləğv edilib.


Qeyd edək ki,  "Rubin" Rusiya Premyer Liqasında 7 turdan sonra  3 xalla 15-ci pillədə qərarlaşıb.
328     
Reklam

Reklam