» » “Kəpəz” Cənubi Koreya klubu ilə qarşılaşacaq

“Kəpəz” Cənubi Koreya klubu ilə qarşılaşacaq

“Kəpəz” Cənubi Koreya klubu ilə qarşılaşacaq"Kəpəz”in Türkiyə toplanışı müddətində yoxlama oyunu keçirəcəyi sonuncu rəqibi məlum olub. Gəncə təmsilçisi Antalyada Cənubi Koreyanın "Tedjon Sitizen” komandası ilə qarşılaşacaq. Oyun yanvarın 25-də keçiriləcək.

Xatırladaq ki, "Kəpəz” qardaş ölkədə dörd yoxlama görüşündə qüvvəsini sınayacaq. "Sarı-göylər” asiyalılarla yanaşı, yanvarın 22-də "Viitorul” (Konstanta, Rumıniya), 28-də "Yagelloniya” (Belostok, Polşa) və 31-də "Spartak” (Subotiça, Serbiya) klubları ilə qarşılaşacaq.
80     
Reklam

Reklam