» » Rəşad Sadıqov qazaxların yalanından danışdı: "Onlara söz verməmişdik, oynamaq istəmədiyimi dərhal bildirdim"

Rəşad Sadıqov qazaxların yalanından danışdı: "Onlara söz verməmişdik, oynamaq istəmədiyimi dərhal bildirdim"

"Aktobe" il əbağlı yayılan xəbər yalan söhbətdi. Heç kimə söz verməmişik, heç kimlə danışmamışıq". Bu fikirləri Azərbaycanın 21 yaşadək yığma komandasının (U-21) baş məşqçisi Rəşad Sadıqov deyib. Qazaxıstan mətbuatı yerli "Aktobe"nin U-21 yığmamızla yoldaşlıq görüşünün baş tutmayacağı haqda xəbər yayıb. Qazaxlar iddia edir ki, Azərbaycan tərəfi yanvarın 15-nə planlaşdırılan oyunu sonradan 16-na keçirilməsi haqda müraciət edib və yekunda isə ümumiyyətlə, görüşdən imtina edib.
 
Məsələyə aydınlıq gətirən Sadıqov yazılanların həqiqətəuyğun olmadığını bildirib: "Yanvarın 16-da "Qaziantepspor"la oynamalı idik. Sadəcə olaraq, sonradan bildik ki, onlar Antalyaya təlim-məşq toplanışına gəlmirlər. Ardından bizə "Aktobe" təklif olundu. Ancaq imtina etdim, onlarla oynamaq istəmədim. Çünki birinci oyundu, Qazaxıstan futbolundakılar isə bir az sərt üsluba üstünlük verirlər, kobud oyunla yadda qalırlar. Bunları nəzərə alaraq həmin komandayla oynamaq istəmədiyimi dərhal bildirdim. Yəni biz tərəfdən oyunun başqa günə keçirilməsi və sonradan ümumiyyətlə, imtina olunması həqiqətə uyğun məlumat deyil".
 
Məlum olduğu kimi, Sadıqovun komandası yanvarın 16-da "Alanyaspor"un 21 yaşlıları ilə oynayacaq. 36 yaşlı mütəxəssis ilk oynda məhz bu komandanın rəqib olmasını daha məqsədəuyğun bildiyini söyləyib: "Onsuz da ilk oyun yükləmələr üzərində olacaq. Futbolçular fiziki cəhətdən yorgun halda oynayacaqlar. Hərəyə 45 dəqiqə şans verməyi düşünürəm. Ona görə də açığı, ilk oyunda çox ciddi rəqiblə qarşılaşmaq istəmirdim. Bu üzdən elə rəqib seçdim ki, öz yaşıdlarına, səviyyələrinə uyğun komanda olsun. "Alanyaspor"dan sonra yanvarın 21-də Albaniya, 23-də Gürcüstanın U-21 yğması, 26-da yenidən albanlarla oynamağı planlaşdırırıq".
(Sport24.az)
246     
Reklam

Reklam