» » Rəşad Sadıqovun komandası "Alanyaspor"la qarşılaşacaq

Rəşad Sadıqovun komandası "Alanyaspor"la qarşılaşacaq

Rəşad Sadıqovun komandası "Alanyaspor"la qarşılaşacaq21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcək. Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamız yanvarın 16-da, yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da) "Alanyaspor”un U-21 komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, U-21 yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
54     
Reklam

Reklam