» » Rüfət Dadaşov klubunu dəyişə bilər

Rüfət Dadaşov klubunu dəyişə bilər

Rüfət Dadaşov klubunu dəyişə bilərAlmaniyanın Şimal-Şərq Regional Liqası təmsilçisi "Dinamo"nun futbolçusu Rüfət Dadaşov klubunu dəyişə bilər. Millimizin sabiq hücumçusu ilə  üçüncü Bundesliqa təmsilçisi "Şportfroynde” maraqlanır. Bununla bağlı R.Dadaşovla danışıqlara başlanıldığı bildirilib.
Qeyd edək ki, R.Dadaşov 18 turdan sonra 19 qolla Şimal-Şərq zonasında bombardirlik yarışına başçılıq edir.

Xatırladaq ki, Rüfət Dadaşov Azərbaycan millisində almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtında çıxış eidb və 16 oyunda 4 qol vurub.
110     
Reklam

Reklam