» » "Qəbələ" Super Liqa klubuna qarşı

"Qəbələ" Super Liqa klubuna qarşı

"Qəbələ" Super Liqa klubuna qarşıTürkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ” bu gün ilk yoxlama oyununu keçirəcək.

2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlıq çərçivəsində baş tutacaq qarşılaşma "qırmızı-qaralar”ın 2018-ci ildə ilk matçı olacaq.

Yanvarın 5-dən qonşu ölkədə hazırlıq keçən Roman Qriqorçukun yetirmələri Türkiyə Super Liqası klubu "Akhisar Bələdiyyəspor”la görüşəcək.

Bakı vaxtı ilə saat 18:00-da başlayacaq matç "Rixos Premium” otelinin meydançasında keçiriləcək.

Yoxlama oyunu
10 yanvar
18:00. "Akhisar Bələdiyyəspor” (Türkiyə) – "Qəbələ” (Azərbaycan)

Antalya. Bələk. "Rixos Premium” otelinin meydançası
72     
Reklam

Reklam