» » Arda Turan "Başakşəhər"də

Arda Turan "Başakşəhər"də

Arda Turan "Başakşəhər"dəTürkiyənin "Başakşəhər” klubu "Barselona”nın və Türkiyə millisinin üzvü Arda Turanla razılığa gəlib. Türkiyəli ulduzun İstanbul təmsilçisinə keçidi yaxın günlərdə rəsmiləşə bilər. 

Hətta "Başakşəhər”in prezidenti Göksəl Gümüşdağ Arda ilə görüşmək üçün İspaniyaya yollanıb. Tərəflər bu transferin detallarını müzakirə ediblər. İstanbullular keçidin reallaşacağı halda katalonlara 34 milyon avro ödəyəcək. 
Klub prezidenti Göksəl Gümüşdağ özü də açıqlamasında məlumatı təsdiq edib. 
Qeyd edək ki, Arda Turan 2015-ci ildən "Barselona"da çıxış edir. Koutinyonun gəlişindən sonra Ardanın geydiyi 7 nömrəli forma da ona verilib.
144     
Reklam

Reklam