» » "Samtredia"nın kapitanı "Kəpəz"də!

"Samtredia"nın kapitanı "Kəpəz"də!

"Samtredia"nın kapitanı "Kəpəz"də!"Kəpəz" növbəti transferini həyata keçirib. Gəncə təmsilçisi gürcüstanlı futbolçu ilə güclənib. 

Söhbət "Samtredia" klubunun kapitanı Giuli Manjqaladzedən gedir. 25 yaşlı futbolçu ötən gün axşam saatlarında Bakıya gəlib. Bu gün tibbi müayinədən keçəcək mərkəz yarımmüdafiəçisi "sarı-göylər"lə mövsümün sonuna qədər sözləşmmə imzalayacaq. 
Həm Gürcüstan, həm də Ukrayna vətəndaşı olan Manjqaladze karyerası ərzində "Zorya", "Poltava", "Çixura" və "Sioni" kimi komandalarda forma geyinib.  
Qeyd edək ki, "Kəpəz" bunadək Tərzin Cahangirov, Samir Zərgərov, Murad Səttarlı və Roman Hüseynovla müqavilə imzalayıb. 
160     
Reklam

Reklam